EN

Kərim Vəliyev İtaliyanın müdafiə naziri ilə görüşüb

İtaliyada rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanov da iştirak edib.

Chosen
21
24
azpolitika.info

10Sources