EN

Zaxarova: “Paşinyanın KTMT ilə bağlı fikirləri sağlam düşüncəyə ziddir”

“Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin İrəvanın suverenliyinə təhlükə olmasına dair bəyanatları sağlam düşüncəyə ziddir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avrasiya Qadınlar Forumunda çıxışı zamanı deyib.

“Əgər onlar (ermənilər) qalırlarsa, deməli, bunda hansısa məqsədəuyğunluq görürlər. Eyni zamanda KTMT-nin Ermənistanı tərk etdiyini bildirdilər. Bütün bunlar sağlam məntiqə ziddir”, - deyə o bildirib.

Xatırladaq ki, Paşinyan sentyabrın 18-də ölkəsinin KTMT ilə münasibətlərdə “geri dönüş nöqtəsi”nə yaxın olduğunu bildirmişdi. O, təşkilatda iştirakın dondurulması qərarını KTMT-nin “Ermənistanın təhlükəsizliyinə, onun suverenliyinə və dövlətçiliyinə təhdid yaratması” ilə izah edib. Nikol Paşinyan bildirib ki, Ermənistan bu il Avropa Birliyinə üzv olmaq istəyir.

Bizim.Media

Chosen
12
1
bizim.media

3Sources