EN

Paytaxtda yanan avtomobilə görə hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Bakıda qəza səbəbindən bağlanan yol açılıb...

Bu barədə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

Bildirilib ki, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol ötürücüsü üzərində yol-nəqliyyat qəzası nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" markalı minik avtomobili ilə “Azsamand” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

***

Bakının Nəsimi rayonunda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib:

"Qəza səbəbindən hər iki avtomobildə yanğın olduğundan, 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib".

Fotolar

Poliqon.info 

Chosen
96
4
poliqon.info

10Sources