Əli Kərimlinin məhkəməsində qərar olmadı – İttihamçının vəkili etiraz etdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılıb.“AzPolitika” xəbər verir ki, sentyabrın 19-da Nəsimi rayon Məhkəməsində 5 il öncə partiyadan xaric olunmuş Aydın Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə baxışı keçirilib.A.Əliyev iddia edir ki, AXCP sədri çıxışlarında ona böhtan atıb, onu hakimiyyətlə əməkdaşlıqda suçlayıb. Bu üzdən, Ə.Kərimlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə həbsini istəyir.Məhkəmə iclasında Ə.Kərimlinin vəkili Fəxrəddin Mehdiyev vəsatət qaldıraraq bir sıra sənədlər təqdim edib.Bir həftə öncə Ə.Kərimliyə qarşı iddia icraata götürülərkən A.Əliyev də xüsusi ittihamçı statusunda tanınıb. Xüsusi ittihamçının nümayəndəsi Elvin Əliyev vəsatətin bu şəkildə verilməsinə etiraz edərək deyib ki, elektron sistemə yerləşdirilsin, o da tanış olub ardınca fikrini bildirsin. Bu üzdən, məhkəmə prosesi bir ay sonraya – oktyabrın 14-dək ertələnib.Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsində 500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək həbs cəzası nəzərdə tutulub.
Xəbərin oxunma sayı :
217