EN

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin tarixində ən böyük qalmaqal baş verib

"Qurbanları Reymondun cazibədar, əla kişi və ideal centlmen olduğunu qeyd edib..."
 
Mərkəzi Kəşfiyyat İdarəsinin nümunəvi agenti 14 il ərzində xarici ezamiyyətlər zamanı qadınları zorlayıb...
 
ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı ağırlaşdırıcı şəraitdə müxtəlif ölkələrdə 28 qadını zorladığına görə 30 il müddətində həbs cəzasına məhkum edilib. Bu, agentliyin tarixində ən ciddi qalnamaqallardan biridir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
ABŞ Prokurorluğunun bəyanatında deyilir ki, Kaliforniyadan olan 48 yaşlı Ceffri Reymond 2006-2020-ci illərdə 14 il ərzində xidməti ezamiyyətlərdə olduğu beş ölkədə qadınlara qarşı zorakılıq törədib.
 
İttiham materilallarına görə, o, qurbanları ilə "Tinder"də və digər tanışlıq saytlarında tanış olub, heç nədən şübhələnməyən qadınları dövlət tərəfindən icarəyə götürülən mənzilə aldadıb cəlb edərək, gizli surətdə içkilərə narkotik töküb, sonra isə saatlarla onların üzərində seksual zorakılıq hərəkətləri törədib.
 
O, həmçinin bu proseslərin foto və videoçəkilişini aparıb. Qurbanlardan bəzilərinə nə baş verdiyi yalnız Federal Təhqiqatlar Bürosu tərəfindən onlara fotoşəkillər göstərildikdən sonra bəlli olub.
 
Reymond Ağ Ev və Konqresdə təcrübə keçdikdən sonra 20 İldən artıq müddətdə Mərkəzi Kəşfiyyat İdarəsində xidmət edib. O, öz karyerası boyunca o cümlədən bəzi təhlükəli məxfi əməliyyatlar daxil olmaqla 25 ölkədə tapşırıqları icra edib.
 
2020-ci ildə Reymondun yaşadığı mənzilin eyvanından köməyə çağıran çılpaq qadın barəsində məlumat verən şahidlərin çağırışına Mexiko polisinin gəlişindən sonra təhqiqat başlayıb. Qadının son olaraq xatırladığı onun Reymondla görüşü zamanı bir qədəh şərab içdiyi olub, sonradan o, huşunu itirib.
 
Reymondun məhkəmə zalının dörd sırasını tutan  qurbanları arasında Pentaqonun yüksək vəzifəli qulluqçuları və əcnəbi məmur qadınlardan gözəllik sferası işçilərinədək ən müxtəlif qadınlar olub. 
 
Onların bəzilərilə o, ötəri görüşüb və ya tanışlıq saytlarında tanış olub, digərlərini demək olar ki, 20 il ərzində tanıyıb. Zərərçəkənlərdən biri onu öz dostu hesab edib, daha bir qadın az qala ona ərə gedəcəkmiş. Bir çoxları Reymondu oxşar sözlərlə təsvir edərək onun cazibədar, əla kişi, ideal centlmen olduğunu deyib.
 
Mərkəzi Kəşfiyyat İdarəsi bu günlər Reymondun hərəkətlərini pisləyib. ABŞ dairə hakimi Reymondun həbsxana müddəti başa çatandan sonra ömürlük nəzarətdə olacağı və seksual cinayətlər bazasında qeydiyyata alınacağı barədə qərar çıxarıb. Həmçinin onun üzərinə qurbanlarına 260 min dollar ödəmək öhdəliyi qoyulub.
Chosen
37
moderator.az

1Sources