2023-cü il 19-20 sentyabr tarixində Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatlarında, Ağdərə rayonu ərazisində olan bir "AĞAC" ordumuzu düşməndən qoruyan sığınacaq olub. Hətta xüsusi təyinatlardan bir neçə nəfər bu "AĞAC"-ın yanında son nəfəslərini veriblər.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Xəzər TV"də yayımlanan "ANTİTERROR: 23 SAAT" sənədli filmində bəhs edilir.