EN

UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun daha 2 oyunu keçirilib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun 2 oyunu keçirilib.
Ölkə.az “Report”-a istinadən xəbər verir ki, Serbiyada "Srvena Zvezda" doğma meydanda Portuqaliyanın "Benfika" klubuna 1:2 hesabı ilə məğlub olub.

Almaniya təmsilçisi "Bayer 04" isə səfərdə Niderlandın "Feyenoord" komandasını 4:0 hesabı ilə üstələyib.
Saat 23:00-da keçiriləcək 4 qarşılaşmadan sonra Liqa mərhələsinin I turunun matçlarına yekun vurulacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
19 sentyabr
"Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya) 1:2
"Feyenoord" (Niderland) - "Bayer 04" (Almaniya) 0:4
23:00. "Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə)
23:00. "Atletik" (İspaniya) - "Leypitsiq" (Almaniya)
23:00. "Monako" (Fransa) - "Barselona" (İspaniya)
23:00. "Brest" (Fransa) - "Şturm (Avstriya)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində II turun oyunları oktyabrın 1-də başlayacaq.

Chosen
38
25
baki.media

10Sources