İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib.
Sfera.az xəbər verir ki, ÜST-ün qeyd etdiyi kimi, İordaniya 20 ildən artıqdır ki, cüzam xəstəliyi barədə məlumat verməyib.
"İordaniya Krallığı... dünyada rəsmi olaraq cüzamdan azad olan ilk ölkə oldu",- ÜST bildirib.
Təşkilat bunu qlobal sağlamlıq səylərində böyük nailiyyət kimi qiymətləndirib.
Cüzam əlilliyə səbəb olan yoluxucu xəstəlikdir, dəri, sinir sistemi, tənəffüs və görmə orqanlarına təsir edən bir bakteriya səbəb olur. Xəstəlik müalicə olunur.
Daha əvvəl bildirilmişdi ki, dünyada hər il 200 minə yaxın yeni cüzam hadisəsi qeydə alınır.
İnci