Qarşılaşmadan sonra yığmamızın baş məşqçisi Vitali Borisov oyunla bağlı fikirlərini bildirib. Futzal üzrə Azərbaycan millisi Çexiya ilə yoldaşlıq oyunu keçirib. Matc.az xəbər verir ki, qarşılaşmadan sonra yığmamızın baş məşqçisi Vitali Borisov oyunla bağlı fikirlərini bildirib. "Oyun maraqlı keçdi. Uşaqlardan razı qaldım. Nə demişdimsə, hansı tapşırıqları vermişdimsə, icra etdilər. Sadəcə, qol vura bilmədik. Rəqibin sürətinə dözdülər. Standart vəziyyətdən qol buraxmadıq. Oyunu 7-8 futzalçı ilə keçirdik. Fərid Abbasov da ikinci hissədə yüngül zədələndi. Səhvlərimiz oldu, rəqib də bundan maksimum istifadə etdi. Onlar da düzələcək səhvlərdir. Bu matçda 3 futzalçı millinin heyətində debüt etdi. Eldar bir qədər fərqli oyunçudur. O, "stolb" kimi çıxış edir. Ona görə atletik oyuna üstünlük verən komandalara qarşı mübarizə çətin alınır. Ancaq Mirzə ilə Fərid verdiyim tapşırıqları yerinə yetirdilər". Qeyd edək ki, yığmamız Çexiyaya 3:0 hesabı ilə məğlub olub.