EN

Azərbaycan “etnik təmizləmə” ittihamlarına cavab verib

Ermənilərin keçmiş Dağlıq Qarabağ Respublikasının ərazisindən çıxması onların könüllü qərarıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə deyib.

Diplomatın sözlərinə görə, "Dağlıq Qarabağa hücum" və "etnik təmizləmə" ifadələri Azərbaycan tərəfi üçün qəbuledilməzdir.

H.Hacızadə əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü il 19-20 sentyabr tarixlərində respublikanın suveren ərazilərindəki fəaliyyəti beynəlxalq hüquq normalarına tam uyğundur. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözləri Ermənistanın "DQR"-də etnik təmizləmə aparması ilə bağlı bəyanatına cavabdır.

…Hacızadə əlavə edib ki, 2023-cü ilin sentyabrında Qarabağ ərazisində hərbi əməliyyatların əsas məqsədi Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkməyən və təcavüzkar siyasətini davam etdirən Ermənistanın davranışlarına qarşı çıxmaqdır.

Avqustda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan konstitusiyasının Dağlıq Qarabağla bağlı bəndi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına əsas maneədir.

Daha sonra Nikol Paşinyan Ermənistan Respublikasının Azərbaycana qarşı heç bir ərazi iddiası olmadığını bildirib.

…Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, ermənilərin Qarabağı tərk etməsi guya Azərbaycan tərəfdən "etnik təmizləmədir"?..

Əli Babayev

Chosen
9
1
sesqazeti.az

2Sources