“İşdən evə gedən kimi, çantamı qoyub keçirəm sobanın yanına. Əyləşmirəm. Başlayıram yemək bişirməyə. Bir gün əvvəldən bunu etmək alınmır”.Gender.az olay-a istinadla xəbər verir ki, bu sözləri Aytən Səfərova aparıcısı olduğu “Xəbər ertəsi” verilişində deyib.O, xanımların sağlamlıqlarına diqqət ayırmağa səsləyib: “Bəziləri evdar qadındır, səhərdən axşama kimi kimyəvi maddələrlə ev təmizləyirlər. Axşama doğru ev yenə çırklənir və səhər eyni təmizlik. Bu, bizim canımızı xəstə salır. Ev işinə görə bizə heç kim sağ ol demir. Xanımlar, canınızı, səhhətinizi düşünün”.