EN

"Sonsuz qardaşlıq- III" çoxmillətli təlimi başa çatıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə Qazaxıstanda keçirilən "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi başa çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 400 nəfərdən çox heyətin iştirak etdiyi təlimin Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda bağlanış mərasimi keçirilib.
Tədbirdə təlim iştirakçılarının peşəkarlığı yüksək qiymətləndirilib.
Qeyd olunub ki, plana əsasən, sərhədi pozan şərti qanunsuz silahlı birləşmənin qarşısının alınması və zərərsizləşdirilməsi, hakim yüksəkliklərin ələ keçirilməsi, pilotsuz uçuş aparatlarının radioelektron mübarizə vasitələrindən istifadə etməklə sıradan çıxarılması, eləcə də dron hücumundan qorunma məqsədilə hava kəşfiyyatının aparılması və digər tapşırıqlar xüsusi təyinatlılar tərəfindən məharətlə yerinə yetirilib.
Sonda təlimdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim edilib.
Chosen
98
50
oxu.az

10Sources