EN

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

“Dinamo” baş məşqçisi Sergey Yakiroviçlə yolları ayırıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, komandanın Çempionlar Liqasının Liqa mərhələsində "Bavariya"ya 2:9 hesabı ilə uduzduğu oyundan sonra bu qərar verilib.

Bosniyalı mütəxəssisləmüqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

S.Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisini çalışdırırdı.

“Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (3:0, 2:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Komanda ölkə çempionatında 13 xalla üçüncü pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
sportinfo.az

1Sources