EN

“Neftçi" daha iki legioner gətirdi - Finlandiya və Avstraliya klublarından

"Neftçi" İdman Klubunun basketbol komandası daha iki oyunçunun keçidini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ vətəndaşı olan Ayzah Luis və Kevion Bleylok heyətə cəlb edilib. Onlar ötən mövsüm müvafiq olaraq Finlandiyanın “Huima” və Avstraliyanın “Alburi” klublarında çıxış ediblər.

"Neftçi" ötən gün daha iki oyunçunun transferini açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
sportinfo.az

1Sources