Venesuela məhkəməsi Baş Prokurorluğun Argentina Prezidenti Xavyer Mileyin həbsinə order verilməsi ilə bağlı müraciətini təsdiqləyib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilir ki, order Buenos-Ayresdə olan Venesuelanın Emtrasur təyyarəsinin ABŞ tərəfindən müsadirə edilməsi ilə bağlıdır. Venesuela Baş Prokurorunun sözlərinə görə, Argentina rəhbərliyi xüsusilə ağır oğurluqda ittiham olunur.
Argentina Xarici İşlər Nazirliyi isə təyyarənin ABŞ-yə təhvil verilməsi ilə bağlı qərarın Argentina məhkəməsi tərəfindən verildiyini nəzərə alaraq, Miley ilə bağlı istintaqı əsassız adlandırıb.