EN

Pentaqon: ABŞ İsrailin Livan və Qəzzada quru əməliyyatlarına dəstək verməyəcək

Birləşmiş Ştatlar İsrailin Livan və Qəzza zolağında qurudan hücum əməliyyatlarını dəstəkləməyəcək.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

"Biz onların həm şimal bölgələrində, həm də Qəzza zolağında apardıqları hücum əməliyyatlarına qoşulmaq və dəstək vermək niyyətində deyilik", - sözçü deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden bundan əvvəl ordunun Qəzza zolağında quru əməliyyatlarında iştirak etməyəcəyini açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
2
far.az

10Sources