EN

Estoniya mərmilərə 4 milyard avrodan çox pul xərcləyəcək

Estoniya hakimiyyəti 2022-ci ildən 2031-ci ilə qədər döyüş sursatının alınmasına 4 milyard avrodan çox vəsait xərcləyəcək.

Bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur məlumat verib.

“Əvvəlki dövr üçün təsdiq edilmiş məbləğləri toplasaq və onlara bu gün razılaşdığımızı əlavə etsək (bu, 1,6 milyard avro), o zaman 2022-ci ildən 2031-ci ilə qədər, 10 ildən sonra biz döyüş sursatı üçün 4 milyard avrodan çox sərmayə qoyacağıq", - deyə, Hanno Pevkur bildirib.

Pevkur əlavə edib ki, hakimiyyət orqanları 2029-2031-ci illər üçün bu sahədə xərcləri hələ təsdiqləmədiyi üçün yekun məbləğ dəyişə bilər.

Nazir ayrıca qeyd edib ki, 2022-ci ildən 2026-cı ilə qədər Estoniya hakimiyyəti müdafiəyə təxminən 6,3 milyard avro xərcləyəcək, 2017-ci ildən 2021-ci ilə qədər olan dövr üçün bu məbləğ 2,8 milyard avro idi.

Chosen
34
2
herbiand.az

3Sources