EN

Zaxarova: Paşinyanın KTMT-nin Ermənistanın suverenliyinə təhlükə olması ilə bağlı sözləri sağlam düşüncəyə ziddir

Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ölkəsinin suverenliyinə təhlükə olması ilə bağlı bəyanatları sağlam düşüncəyə ziddir.



NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Mənə elə gəlir ki, onun bəyanatları sağlam düşüncə və reallıqla ziddiyyət təşkil edir. Çünki əgər sizi, xüsusən də milli təhlükəsizliyinizi nəsə “təhdid edir”sə, onların (Ermənistanın – red.) orada (KTMT-də – red.) qalmaq barədə danışmasının mənası nədir?! Təşkilatda hələ də qalırlarsa, deməli, bunda hansısa məqsədəuyğunluq görürlər. Onlar eyni zamanda KTMT-nin “Ermənistandan çəkildiyini” də bildiriblər. Bütün bunlar sağlam düşüncəyə və məntiqə ziddir”, - diplomat söyləyib.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Chosen
103
5
nuhcixan.az

10Sources