EN

Odlu silahlar götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, sentyabrın 19-da polis əməkdaşları paytaxtda və rayonlarda müxtəlif markalı 6 tüfəng təhvil götürüblər.

Keçirilmiş əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 3 tüfəng, 1 patron darağı və 9 patron da aşkar edilərək götürülüb.

P.ƏMİRCANOV
XQ

Chosen
114
16
xalqqazeti.az

10Sources