EN

Şəbnəmlə qalmaqala görə Vəfanın işçisi saxlanıldı

Müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova "Cənnətim" adlı mahnıya görə növbəti dəfə dalaşıblar.

Publika.az olay-a istinadən bildirir ki, hər iki sənətçi instaqram səhifələrində paylaşdıqları videoaçıqlamalar vasitəsi ilə bir-birinin ünvanına ağır ittihamlar səsləndiriblər.

Vəfa bildirib ki, sözügedən mahnısı onun rəsmi "YouTube" kanalından Şəbnəmin əli ilə silinib və onun işçisi həbs edilib:

"Bizim mahnı davamızı hamınız bilirsiniz və məlumatlısınız. Bu günə kimi danışmamağa çalışdım. Davanın soyumasını istədim. Haqlı olduğum halda susdum. Amma siz üzdə olan davaları görürsünüz, efir-efir, qapı-qapı gəzən insanı görürsünüz. Amma arxada olanları bilmirsiniz. Nələrlə mən mücadilə və mübarizə apardığımı bilmirsiniz. "YouTube"daki kanalımı işlədən Nadir bəyi bir neçə gün əvvəl işlədiyi iş yerindən əlini-qolunu qatlayıb apardılar. Sanki o, böyük bir günah iş görüb. Qanusuz şəkildə onu apardılar və bu məsələ ilə bağlı biz səsimizi çıxarmadıq. Bu gün davamız olan "Cənnətimsən" adlı mahnım "YouTube" kanalımdan silinib və işçim ortada yoxdur".

Şərifova Tovuzluya xəbərdarlıq yollayıb:

"Şəbnəm Tovuzlu efirə çıxıb deyir ki, qayda, qanun, haqq var. Bəs, sən mənim işçim Nadiri apartdıranda bunları nəzərə almadın? "YouTube"da trenddə birinci olan mahnım silinib. Nadirin harada olduğunu da bilirəm. Onun Şəbnəm tərəfindən aparıldığını da bilirəm. Onun kimlər tərəfindən aparıldığını da bilirəm. Ad çəkmirəm bunu isə sizin ağsaqqalınıza olan hörmətimdən edirəm. Amma, hər dəqiqə ad da çəkə, müraciətimi də edə bilərəm və səsim inanın ki, çox tez eşidiləcək. Nadir əziyyəti və zəhməti ilə pul qazanan insandır. Nə qədər gec deyil, Nadiri buraxın getsin evinə. Şəbnəm Tovuzlu - sənin addımın heç düzgün addım olmadı. Bu dəfə səni əlimdən Hikmət də qurtara bilməyəcək. Dayan!".

Şəbnəm Vəfanın ittihamlarını yalanlayaraq sözügedən mahnının sahibinin özü olduğunu vurğulayıb:

Chosen
10
33
publika.az

10Sources