EN

Cari ilin sonuna kimi Çindən Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır

Cari

Bakı, 20 sentyabr, AZƏRTAC

Artıq Çindən göndərilən yüklərin Bakı-Tbilisi-Qars dəmiryolu (BTQ) ilə daşınması razılaşdırılıb. Bu ilin sonuna qədər Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

Onun sözlərinə görə, bu ilin mart ayında Çinin Sian limanından Bakıya cəmi 11 günə birinci konteyner qatarı çatdırılıb.

“Orta hesabla blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstanın limanlarına isə 12 gün ərzində çatdırılır. Ümumilikdə, bu ilin sonuna qədər Çindən Orta Dəhliz vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır ki, bu da təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir”, - deyə R.Rüstəmov bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
3
azertag.az

10Sources