EN

İsidildikdə zəhərə çevrilən qidalar HANSILARDIR?

Bəzi qidalar vardır ki, onlar qızdırılıb yeyildikdə təhlükəli ola bilir. Çünki bu qidalar qızdırıldıqda özündə müəyyən kimyəvi maddələr buraxır.

Yenicag.az qızdırıldıqda təhlükəli olan bəzi qidaları təqdim edir:

Ä°spanaq:
İspanaq heç vaxt qızdırılmaması məsləhət görülən qidalardan biri hesab olunur. İspanaqda olan nitrat azotun bərkiməsi nəticəsində təbii olaraq meydana gələn suda həll olunan komponentdir. Buna görə də iki dəfədən çox qızdırdıqda bu komponent nitritə çevrilir. Bu səbəblə ispanaq yeməyini hazırladıqdan sonra ən çox iki gün soyuducuda saxlamaq və iki dəfədən artıq qızdırmamaq məsləhət görülür.

Kərəviz:
Bağırsaq hərəkətlərini tənzimləməklə yanaş, ürək sağlamlığı üçün də faydalı hesab edilən kərəviz bir dəfədən çox qızdırıldığında xeyirdən çox zərər verir. Kərəvizin qızdırılması toksinlərin artmasına və yeməyin acı olmasına səbəb olur. Bu səbəbdən aşağı temperaturda ilıq olana qədər qızdırılması məsləhətdir.

Toyuq:
Salmonella bakteriyalarının ən çox çoxaldığı mühit toyuqdur. Bu səbəblə toyuq bişirildikdən sonra uzun müddət gözlədilməməlidir. Toksinlərin çoxalmaması üçün bu qidanı yenidən qızdırmaq tövsiyə edilmir.

Düyü:
Düyü tez boyatlaya bilən qida hesab olunur. O, yenidən qızdırıldıqda tərkibindəki nişasta artır və həzmi çətinləşdirir. Buna görə də düyünü yenidən qızdırmaq məsləhət görülmür.

Balıq:
Balıq kimi həssas məhsulların yenidən qızdırılması və istehlakı qida zəhərlənməsi riskini artırır, balıqdakı komponenetlətin dəyişməsinə səbəb olur. Bu səbəblə də balığın bir dəfəlik istehlak edilməsi tövsiyə olunur./unikal

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
2
yenicag.az

3Sources