EN

“Orta dəhliz vasitəsilə yük daşımalarının artırılmasına nail olacağıq” – “Türkiyə Dəmir Yolları” rəsmisi

“Orta dəhlizdən Çindən Avropaya qədər olan yük daşınmasında Türkiyə olaraq körpü vəzifəmizi ən yaxşı şəkildə icra edəcəyik”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Dövlət Dəmir Yollarının "TCDD Taşımacılık" şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, orta dəhliz vasitəsilə yük daşımalarının artırılmasına nail olacağıq:
 

"Həm şərq -qərb, həm də qərb-şərq dəhlizində yük daşımalarında strateji olaraq orta dəhlizin yük daşımalarını artıracağıq.


2017-ci ildə Bakı -Tbikisi -Qars xətti ilə bərabər Azərbaycan, Gürcüstan, Qazaxıstanla olan iş birliyimizi yeni birlik sayəsində Azərbaycan, Türkmənistan, Tacikistan, Özbəkistan və Çinə qədər olan dəmir yolları birliyini əldə edəcəyik. Bu dəhlizdə yük daşınmasında üzərimizə düşən vəzifəni Azərbaycanla birgə yerinə yetirəcəyik".

Günay Şahmar, Səid Qurbanov, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
bizim.media

1Sources