EN

“Kürəkənim maşın sürməyimə icazə vermir...”- İlk avtomobil sürən xanım sənətkar - FOTO

"Mən daha çox Mikayıl Müşfiqin, Rəsul Rzanın şeirlərini səsləndirmişəm. Onların şeirlərində tamam başqa bir ahəng var. Bunu deməyə haqqım çatır ki, Mikayıl Müşfiqi tamaşaçılara mən sevdirmişəm. Mən Şəhidlər Xiyabanı ilə üzbəüz yaşayıram. Orada da əksəriyyət Xızıdan gələn dağlılardır. İnanın ki, küçəyə çıxan kimi yaşlı-başlı insanlar, başıpapaqlı kişilər qarşımda baş əyirlər. Ünvanıma xoş sözlər deyirlər. Dağlı məhəlləsinin özünəməxsus bir qayda-qanunları var. Hərdən məndən soruşurlar ki, siz dağlısız? O qədər ki, Müşfiqi tərənnüm etmişəm, elə bilirlər ki, dağlıyamd"
 
Milli.Az bildirir ki, bunu xalq artisti Əminə Yusifqızı Moderator.az-a açıqlamasında deyib. O daha sonra əlavə edib.
 
"Azərbaycanda avtomobil idarə edən iki xanımdan biriyəm. Flora Kərimova və mən ilk maşın sürən xanım idik. Flora xanım çox vaxt sürmürdü. Sürücü ilə gedib-gəlirdi. Amma mən əvvəldən elə maşını özüm idarə edirdim. İndi sürmürəm, çünki kürəkənim icazə vermir. Hara lazımdırsa sürücü ilə gedirəm. Bir neçə maşınım olub. Mən o vaxt kinostudiyada ştatda idim. İldə 1-2 maşın verirdilər, amma heç kəs almırdı. Deyirdilər ki, gedin Əminə Yusifqızı alar (gülür). Qazancım da yaxşı idi. Kinostudiyadan, radiodan, televiziyadan qazanırdım. Nəsə çatmayanda anam da kömək edirdi mənə. Pulla bağlı problemim yox idi" deyə xalq artisti bildirib.
Əminə Yusifqızı deyir ki, bugünki Bakıda maşın sürmək onun üçün çətin olar.
 
"Əgər məktəbim varsa sürə bilərəm. Amma şəhər tıxac olur, səbrim çatmaz. O vaxt şəhərdə sürücülük kursları var idi. Maşın sürməzdən əvvəl o kursları keçmişdim. Hətta texniki cəhətdən də hər şeydən başım çıxırdı. Bir də görürdün maşın xarab oldu, özüm düşüb düzəldirdim. İnanın ki, heç məni yolda tək qoymayıblar. O dəqiqə yaxınlaşırdılar ki, Əminə xanım, nə lazımdır? Özüm də arxayın idim ki, kimsə mənə kömək edəcək. Gecəyə qalanda evimə qədər, qarajıma qədər gətirib məni yola salırdılar" deyə sənətkar bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Chosen
17
3
milli.az

4Sources