"Azərbaycan Özbəkistana divar kağızları satacaq".
Bunu Modern.az-a açıqlamasında "Mister Decor" şirkətinin direktoru və təsisçisi Əli Əliyev bildirib.
"Mərkəzi Asiya ölkələrindən bizim istehsal etdiyimiz divar kağızlarına böyük tələbat var. Özbəkistanla danışıqlar tamamlanmaq üzrədir. Nəinki Azərbaycanda, Qafqazda ikinci belə zavod yoxdur" - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun açılışında iştirak edib.
“Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Ərazisi 1,6 hektar olan müəssisədə divar kağızlarının istehsalı həyata keçiriləcək. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. İllik gücü 2,1 milyon ədəd rulon divar kağızının istehsalı olan müəssisədə 76 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.
"Cebheinfo.az"