"Beşiktaş"da heyətlə bağlı geniş islahatlar aparılacaq.

Offsideplus.az xəbər verir ki, "qartallar"ın rəhbərliyi dövrələrarası fasilədə bir neçə oyunçunu komandadan göndərməyi planlaşdırır. Bu futbolçularla artıq indidən klub tapmaları və müqaviləyə xitam verilməsilə bağlı görüş keçiləcək. Bu barədə "Fanatik" məlumat yayıb.

Ötən mövsümün önəmli adlarından olan Salih Uçan və Ernest Muçi heyətdən kənar qalıblar. Yeni transfer Can Keleş hətta "18-lik"də olmur. Ndour, Onana, Çemberleyn və Zaynutdinov ancaq ehtiyatda qalırlar. 

Rəhbərlik nəticə ala bilmədiyi futbolçuları göndərib, yerinə yeni transferlər etməyi planlaşdırıb.