Trent Aleksander Arnold klub satın alır.

Offsideplus.az xəbər verir ki, ingiltərəli müdafiəçi Fransa Liqa 1 komandası olan "Nant"ı almaq istəyir. Bu barədə "L 'Equipe" məlumat yayıb.

Futbolçu atasının idarə etdiyi yatırım fondu vasitəsilə kluba sahiblənmək istəyir. Arnold 100 milyon avroluq təkliflə fransızların "qapısı"nı döyüb. 

"Nant"ın sahibi Valdemar Kita ilə görüşdüyü söylənilən oyunçunun cavab gözlədiyi qeyd olunub.

Xatırladaq ki, "Real"a transferinin ardınca Kilian Mbappe də ölkəsinin II Liqa klubu "Kaen"in çox hissəsini satın almışdı. O, aktiv futbol oynayıb klub sahibi olan ilk futbolçu olmuşdu.