EN

Lavrov Putinin Harrisi dəstəkləməsi ilə bağlı sözlərini "zarafat" adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinin ABŞ-nin vitse-prezidenti Kamala Harrisi qarşıdan gələn prezident seçkilərində dəstəkləməsi ilə bağlı sözlərini "zarafat" adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, Rusiyanın XİN rəhbəri bu barədə “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.

“Rusiya prezidenti Vladimir Putin zarafat edib. Onun yaxşı yumor hissi var”, - diplomat vurğulayıb.

Lavrov qeyd edib ki, Rusiya lideri ictimai çıxışlar zamanı dəfələrlə zarafatlara əl atır. Nazir qeyd edib ki, uzun müddət ərzində ABŞ-də seçki kampaniyaları arasında heç bir fərq görmür.

Chosen
69
14
iqtisadiyyat.az

10Sources