EN

Onlar Zaporojye AES-dən dərhal çıxarılmalıdır!

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) “Ukraynada nüvə təhlükəsizliyi, mühafizə və təminat” adlı qətnamə qəbul edib.
BUTA.TV xəbər verir ki, məlumatı Agentlik yayıb. Bildirilib ki, Ukraynanın atom elektrik stansiyaları, o cümlədən Zaporojye AES Ukraynanın tam suveren nəzarəti altında fəaliyyət göstərməlidir. MAQATE Rusiya hərbçilərini və digər şəxsi heyətin Zaporojya AES-in ərazisindən dərhal çıxarılmasını və stansiyanın təhlükəsizliyini təmin etmək üçün Kiyevin nəzarətinə qaytarılmasını tələb edib. Eyni zamanda, Zaporoje AES Ukraynanın nəzarətinə qayıdana qədər Rusiyadan MAQATE-yə stansiyadakı bütün obyektlərə məhdudiyyətsiz girişin təmin olunmasını istəyib. MAQATE öz növbəsində nüvə obyektlərinin təhlükəsiz istismarını təmin etmək üçün Ukraynaya siyasi, maliyyə, maddi-texniki və texniki yardımı davam etdirməyi öhdəsinə götürür.

Ukrayna prezidenti qətnaməyə görə MAQATE-yə təşəkkür edib.

Chosen
48
1
buta.tv

10Sources