EN

Əfsanəvi "Ferrari Testarossa" altı təkərli superkara çevriləcək - VİDEO

ABŞ-də "Ferrari Testarossa"nın altı təkərli variantı görünüb: qoşquda daşınan yarımçıq superkarın fotosu yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Motor1" məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-nin məşhur tüninq atelyelərindən biri artıq məşhur "SEMA" şousu üçün öz ekstravaqant layihəsini hazırlayır.

Qeyd olunur ki, layihə Texasın "Gas Monkey Garage" studiyasına məxsusdur. Treyleri yedəkləyən pikapın şirkətin rəsmi avtomobillərindən biri olduğu müəyyən edilib. Bundan əlavə, "Gas Monkey Garage"in rəhbəri keçən il "İnfinite" (Sonsuzluq) filmində təqib səhnələrinin çəkilişində istifadə olunan "Ferrari Testarossa"nı satın alıb. Onların hissələrinin qeyri-adi superkarın yığılması üçün istifadə edildiyi güman edilir.

Keçən ilin payızında "Gas Monkey Garage" artıq "SEMA"da "Ferrari Testarossa"nın yenidən qurulması layihəsini nümayiş etdirib. Superkarın dam hissəsi sökülərək, spidsterə çevrilib, salona mərkəzdə üçüncü oturacaq əlavə edilib və elektrik enerjisinə keçib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
1
milli.az

10Sources