EN

“Turan Tovuz” “Araz”a uduzdu

Misli Premyer Liqasında 7-ci tur davam edir.

2-ci oyun günündə 1 matç keçirilib. “Turan Tovuz” evdə “Araz-Naxçıvan”ı qəbul edib. Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə “Araz-Naxçıvan” ən azı sabah keçiriləcək “Səbail” – “Sabah” oyununun yekun nəticəsinə qədər 3-cü pilləyə yüksəlib. “Turan Tovuz” bu mövsüm ilk dəfə uduzub. Komanda bununla da yenidən lider olmaq şansını itirərək 2-ci pillədə qalıb.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası, 7-ci tur

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” – 1:2 

Qollar: Ramon Maçado, 44 (0:1), Abbas Qüseynov, 48 (1:1), Felipe Santos, 55 (1:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Tovuz şəhər stadionu

22 sentyabr

18:00. “Səbail” – “Sabah”
Hakimlə
r: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev
ASCO Arena

20:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: 
İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
Mehdi Hüseynzadə adına stadion

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
1
azpost.info

10Sources