EN

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? – Video

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, ölkədə fəaliyyət göstərən “MilliÖn” və “E-manat” terminallarında ödəniş edən zaman 1% komissiya tutulur. Xüsusilə kredit ödənişlərində bu haqqın tutulduğu bildirilir.

Vətəndaşları narahat edən əsas məqam isə tutulan komissiya məbləğinin qəbzlərdə əks olunmamasıdır.

Məsələ ilə bağlı “E-manat”dan “Xəzər Xəbər”ə bildirilib ki, bu komisiya onlara aid deyil. Terminallarında ödəniş zamanı tətbiq edilən komissiya həmin xidməti gösətərn provayder tərəfindən tətbiq edilir.

Hər hansı bir komissiya tutulursa, müştəri “İnfo” bölməsində komissiyanın bank, yaxud da “E-manat” tərəfindən tutulduğunu aydın şəkildə görə bilər.

“MilliÖn” şirkətindən isə bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənərək bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur. Bu komissiya isə bankın istəyi əsasında tətbiq edilir.

Komissiyanın qəbzdə əks olunmaması isə müvəqqətidir və tezliklə həyata keçiriləcək.

Ətraflı videomaterialda:

Chosen
83
18
banker.az

10Sources