EN

Türkiyə parlamentinin sədri qarşıdan gələn BRİKS sammitini mühüm hadisə adlandırıb

Oktyabrda Kazanda keçiriləcək BRİKS sammiti Türkiyə üçün çox mühüm hadisədir. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında çıxışı zamanı deyib.

"Bu, həm də bizim üçün çox mühüm hadisə olacaq”, - deyə o əlavə edib.
 
Türkiyə BRİKS-in birləşməsini "dinc yolla nizamlanma, ölkələr arasında ədalətli iqtisadi münasibətlərin inkişafı üçün” effektiv vasitə kimi görür.

"Biz BRICS-ə üzvlük məsələsini də nəzərdən keçiririk.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın BRİKS-ə qoşulmaqda maraqlı olduğunu təsdiqləyib.


BRİKS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.
 
 
Bundan əvvəl Rusiya prezidenti bildirib ki, 34 ölkə BRİKS-ə qoşulmaq istəyir. 
 
BRİKS-in genişləndirilməsi məsələsi oktyabrın 22-24-də Kazanda keçiriləcək qarşıdakı sammitdə müzakirə oluna bilər.
 
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər. 
 
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
 
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
 
Hazırda təşkilatın 10 üzvü var.

 
Gülnar





www.anews.az
Chosen
91
6
anews.az

10Sources