EN

MEK-in yeni veb-saytı təqdim edilib

BAYRAQDAR MEDİA – Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.Xəbərdə bildirilir ki, “AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi-tədqiqat müəssisələrinin rəhbərləri, kitabxana direktorları, elektron xidmətlərə məsul şəxslər, ictimai xadimlər və media nümayəndələrinin geniş tərkibdə iştirak etdiyi tədbirdə MEK-in yeni veb saytı və elektron kitabxanası təqdim edilib. Tədbiri giriş sözü ilə İ.Həbibbəyli açaraq ölkə başçısının iştirakı ilə 2014-cü il mayın 5-dən etibarən MEK-inyeni binasının istifadəyə verildiyini, artıq bu gündən, eyni zamanda zənginləşdirilmiş elektron kitabxana olaraq da tam fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. MEK-in mükəmməl elektron kitabxanaya doğru təqdirəlayiq addımını yüksək dəyərləndirən Akademiya rəhbəri bu baxımdan elektron kitabxana sahəsində aparılan işlərin birinci mərhələsinin təqdimatının əhəmiyyətini vurğulayıb. Akademik son dörd ay ərzində həyata keçirilən işlər nəticəsində MEK-in elektron resurslarının həcminin on dəfə artdığını söyləyib”.Daha sonra xəbərdə, “təqdimat mərasimində kitabxananın direktoru Dos. Hüseyn Hüseynov MEK-in yeni veb-saytın və zənginləşdirilmiş elektron kitabxananın məqsədləri barəsində geniş məlumat verib. Direktor qeyd edib ki, indiyədək kitabxananın saytında e-kitabxana onlayn istifadə edilsə də, müəyyən texniki qüsurların mövcudluğu elektron xidmətlərin təkmilləşdirilməsinə böyük ehtiyac yaradırdı. Kitabxana istifadəçilərinin tələblərinə uyğun hazırlanan yeni saytda məlumatların sadə və əlçatan formada oxuculara təqdim edildiyini diqqətə çatdıran kitabxana rəhbəri elektron kitabxananın 24 saat ərzində dünyanın istənilən nöqtəsində oxucuya eyni vaxtda informasiya xidməti göstərəcəyini bildirib. Beləliklə, dünyanın 80-dən çox nüfuzlu kitabxanalarına da girişin əlçatanlığını xüsusi vurğulayıb” deyə qeyd edilir.Tədbirdə MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, Akademiyanın Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinə müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, MEK-in elmi katibi Şəbnəm Rüstəmova, Biblioqrafik və elektron xidmətlər şöbəsinin müdiri Aytən Əliyeva çıxış edərək saytın üstünlüklərindən və əhəmiyyətindən danışıb, sayt vasitəsi ilə Azərbaycan elminin dünya elminə inteqrasiya olunması üçün çox əlverişli imkanların yaradıldığını bildirib, MEK-in elektron kitabxanasının istifadəyə verilməsinin AMEA-da həyata keçirilən elektron hərəkatın davamı olduğunu söyləyiblər.

Chosen
42
6
bayraqdar.info

7Sources