EN

Hikmət Hacıyev: "Bakı İrəvana sülhə nail olmaq üçün Konstitusiyaya dəyişiklik etməyi təklif edib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan Ermənistan konstitusiyasını İrəvanla sülh sazişinin əldə olunmasına maneə hesab edir".
Oxu.Az xəbər verir ki, bu sözləri "La Repubblica" qəzetinə müsahibəsində Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
"Biz sülhə həmişəkindən daha yaxınıq, lakin irəliləməyimizə mane olan məqamlar qalmaqdadır. Birinci belə maneə Ermənistan konstitusiyasıdır, belə ki, əsas qanunun müstəqilliyin təsdiqi hissəsində Qarabağdakı Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsinə işarə edən müddəa var. Biz təkcə Ermənistan hakimiyyəti ilə deyil, həm də konstitusiyanın dəyişdirilməsi, Azərbaycan ərazilərinə iddialardan əl çəkilməsi ilə bağlı referendum tələb etməli olan erməni əhalisi ilə sülhə nail olmaq istəyirik", - deyə H.Hacıyev vurğulayıb.
Fikrinin davamında Hikmət Hacıyev bildirib ki, Azərbaycan üçün regionda sülhə xələl gətirən revanşizmin aradan qalxması mühümdür.
"Referendumun keçirilməsi lazımdır və bu referendum nəticəsində ermənilər Qarabağa olan iddiaları dəstəkləmədiklərini nümayiş etdirməlidirlər".
O, həmçinin, qeyd edib ki, Ermənistanın silahlandırılması məsuliyyətli və mütənasib olmalıdır.
H.Hacıyev, eləcə də, İrəvanın Fransadan Azərbaycan şəhərlərini vurmaq üçün istifadə oluna bilən uzaqmənzilli raketlər almasından narahatlığını ifadə edib:
"Ermənistan üçün ən yaxşı həll yolu Azərbaycana qarşı hərbi ittifaqlar yaratmaq deyil, neytrallıq olardı".
H.Hacıyevin sözlərinə görə, Bakı müstəmləkəçilik təcrübəsi olan bəzi Qərb ölkələrinin, o cümlədən Fransanın səhvən Ermənistanı revanşist istəklərində dəstəkləmək cəhdlərinə şahidlik edir.
"Bu, heç bir halda Avropaya sərf etmir", - deyə Hikmət Hacıyev vurğulayıb.
Azərbaycan Prezidentinin köməkçisi, həmçinin, vurğulayıb ki, Bakı da öz növbəsində özünümüdafiəni özünün legitim haqqı hesab edir.
H.Hacıyev onu da etiraf edib ki, millətlərarası qarşıdurmanı aradan qaldırmaq çox çətindir və bunun üçün zamana ehtiyac var.
"Bir çox azərbaycanlıların əcdadları indiki Ermənistan torpaqlarından, o cümlədən Rusiya imperiyasının tərkibinə daxil olana qədər tarixən Azərbaycan şəhəri olan İrəvandandır.
"Kökü bu ərazidən olan azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmaq hüququna malik olmalıdırlar. Amma bu, nə ərazi iddiaları, nə də Ermənistanın suverenliyinin pozulması deməkdir", - deyə H.Hacıyev fikrini tamamlayıb.
Chosen
359
50
oxu.az

10Sources