EN

Ermənistan İranla Araz üzərindən ikinci körpünün tikilməsini müzakirə edir

Ermənistan və İran Araz çayı üzərində tikiləcək ikinci körpünün texniki məsələlərinin müzakirəsini davam etdirirlər.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu ilin mayında layihənin həyata keçirilməsi məqsədilə işçi qrup yaradılıb.

Vurğulanıb ki, Araz çayı üzərindən Ermənistanın yeni körpünün çəkilməsi 2023-cü ilin sonunda planlaşdırılıb. Mövcud körpü 1995-ci ildə tikilib.

Chosen
119
10
korrespondent.az

10Sources