İsrail ordusu Livanla sərhədə yaxın üç yaşayış məntəqəsinin ərazisini qapalı hərbi zona elan edib.
Azadmedia.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, “Vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakı Metula, Misgav Ama və Kfar Giladi əraziləri qapalı hərbi zona elan edilib”, - deyə məlumatda bildirilir.