EN

Rusiya və Çin gəmiləri Sakit okeanda birgə patrula başlayıb

“Qarşılıqlı əlaqə-2024” təlimindən sonra Rusiya və Çinin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin gəmiləri taktiki qrup yaradaraq Asiya-Sakit okean regionunda birgə patrul xidmətinə çıxıblar.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya tərəfdən olan taktiki qrupa Sakit Okean Donanmasının “Admiral Panteleev” və “Admiral Tributs” iri sualtı qayıq əleyhinə gəmiləri daxildir. Çin tərəfdən isə “Sinin” və “Usi” esminesləri, “Lin İ” freqatı və “Tayhu” inteqrasiya olunmuş təchizat gəmisi iştirak edir.

Məlumata görə, iki ölkənin gəmiləri Bussol boğazını keçərək Sakit okeanın şimal-qərb hissəsinə daxil olub. Patrul zamanı ekipajlar sualtı qayıqlara qarşı müdafiə və dənizdə xilasetmə də daxil olmaqla bir sıra təlim-döyüş tapşırıqları həyata keçirəcəklər.

Rusiya və Çin arasında ilk birgə dəniz patrulu 2021-ci ildə baş tutub. Bu təcrübə sonralar iki dəfə - 2022 və 2023-cü illərdə də davam edib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
133
8
herbiand.az

10Sources