EN

Şüyüdün faydaları

Sağlam bədənə sahib olmaq və xəstəliklərə qarşı müqavimət qazanmaq üçün sağlam tərəvəz və göyərtidən istifadə etmək lazımdır. Araşdırmalar bir insanın gündəlik ən azı 5 dəfə tərəvəz və meyvə istehlak etməsini tövsiyə edir. Ağciyərləri təmizləyən, bağırsaq sağlamlığını qoruyan və hətta xərçəng hüceyrələrinə də öldürücü təsir göstərən faydalı göyərti vardır. Bunlardan biri də şüyüddür.

"Unikal" vitamin deposu tərəvəzi təqdim edir:

Bağırsaqları və qanı təmizləyir:
Şüyüd istehlakı bədəndəki çirkli qadının təmizlənməsinə kömək edir. Həzm sisteminin işində də təsirli olan şüyüd qəbizlik problemi olanlar üçün dərman kimi tövsiyə olunur. Şüyüd toxumu və balı qarışdıraraq hazırlanan dərman dizenteriyanın müalicəsində çox təsirlidir. Şüyüd toxumu istehlakdan əvvəl suda qaynadılaraq yeyilməlidir. Bağırsaqları hərəkətə gətirən şüyüd, bağırsaqları təmizləyir və bağırsaq sağlamlığına əhəmiyyətli dərəcədə töhfə verir. Bağırsağa hərəkətləndirərək çox daha asan arıqlamağa kömək edir.

Sidik qovucu: 
Şüyüd ən təsirli təbii sidikqovucu məhsullardan biridir. Böyrəkləri təmizləyən və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alan şüyüd bağırsaqlardakı parazitləri də sürətlə yox edir.

Xərçəng hüceyrələrini öldürür:
Şüyüdün tərkibində xərçəngin əsas səbəbi olan sərbəst radikallarla effektiv mübarizə aparan antioksidanlar var. Bu antioksidantlar həmçinin xərçəng hüceyrələrinin toxumalarda yaratdığı zərərli təsirləri aradan qaldıraraq xərçəng hüceyrələrinin dağıdıcı təsirlərini azaldır.

Ağciyərləri təmizləyir:
Şüyüd qaraciyərin funksiyalarını artıraraq toksinləri çıxarmağa kömək edir. Buna görə də siqaret istifadə edənlər üçün onu buraxdıqdan sonra  istehlak etmək məqsədəuyğun olardı.

Öskürək, bronxit və astma xəstəliklərinə faydalıdır:
Şüyüd istehlakı öskürək, bronxit və astma kimi sağlamlıq problemlərinin müalicəsində də istifadə edilə bilər. Şüyüd nəfəs darlığına da yaxşı təsir edir. Şiddətli öskürəyi aradan qaldırmağa kömək edir. Şüyüdün ağciyərlər üçün bir çox faydası var. Bu səbəbdən ağciyər xəstəliklərindən əziyyət çəkənlərə və siqaret çəkənlərə şüyüddən istifadə etmək tövsiyə olununur.

Zərifə Nağıyeva 

 

Chosen
138
10
unikal.az

10Sources