EN

Sağlam uzun ömrün əsl sirri aliməri şoka saldı! – Az yemək düşündüyünüz qədər təsirli deyil

Yeni bir araşdırma, uzun ömrün sirrinin təkcə az yeməklə deyil, həm də genetik dözümlülüklə əlaqəli ola biləcəyini ortaya qoyub.

KONKRET.az xəbər verir ki, siçanlar üzərində aparılan təcrübələr müəyyən edib ki, kalorilərin məhdudlaşdırılması bəzi fərdlərin ömrünü uzatsa da, genetik faktorlar daha böyük rol oynayıb.

Araşdırmalar göstərir ki, uzun və sağlam həyatın sirri pəhrizdən çox genlərdən asılıdır. Kalori qəbulunu azaltmağın ömrü uzatdığına dair ümumi bir fikir var. Bəzi tədqiqatlar göstərir ki, kalori qəbulunu 25 faizə qədər azaltmaq qocalmanı 3 faizə qədər yavaşlatır.

UZUN YAŞAMAQDA GENLƏRİN ROLU DAHA ƏHƏMİYYƏTLİDİR

Lakin siçanlar üzərində aparılan yeni bir araşdırma bir daha göstərdi ki, ömrün müddətinə genlər daha çox təsir edir. Əlbəttə, Allahın iradəsi olmadan, heç kim və heç nə uzun yaşaya bilməz. Lakin aləmlərin Rəbbi də buyurur ki, elm çox şeyi insalara izah edir. Ona görə də elm adamlarının bu sahədəki araşdırmaları diqqətrçəkəndir. Alimlər müəyyən ediblər ki, elə genlər var ki, çox güclü orqaniz formalaşdırır və xəstəlliklər qarşısında dayanıqlı olur.

Sağlıklı

AZ YEYƏN SİÇANLAR DAHA UZUN ÖMÜR YAŞADI

Tədqiqat qrupu ən uzun ömür sürən siçanların daha az yemək yediyini müəyyən edib. Bu göstərir ki, oruc tutmaq bəzi insanların daha uzun yaşamasına kömək edir, amma hamıya deyil. Komanda, aralıq oruc (yemək və oruc müddətləri arasında dəyişən yemək planı) və adekvat qida maddələri əldə edənlər məhdudlaşdırıcı pəhrizlərlə ömrü uzada bilməzlər.

ABŞ-dakı Cekson Laboratoriyasının professoru Qari Çurçill vurğulayıb ki, “Bizim araşdırmamız həqiqətən də davamlılığın vacibliyinə işarə edir”.

“Ən dözümlü heyvanlar stress və kalori məhdudiyyəti qarşısında belə çəkilərini saxlayırlar və ən uzun ömür sürənlər də onlardır. Həmçinin düşünülür ki, uzun müddətli sağlamlıq və ömür müddətini tarazlaşdırmağın yolu yalnız pəhriz deyil”.

Tədqiqat üçün tədqiqatçılar aralıq orucun və kalori məhdudlaşdırmasının təxminən 1000 dişi siçan üzərində təsirini də araşdırıblar. Elm adamları, hər bir siçanın genetik cəhətdən fərqli olmasını müəyyən etdikdən sonra əsas təcrübəyə keçiblər. İnsan populyasiyasında genetik müxtəlifliyi bu baxəmdan xüsusi maraq doğurub. Məlum olub ki, qocalma və ömrün ən vacib elementi genlərlə daha sıx bağlıdır.

Siçanlar təsadüfi olaraq beş fərqli pəhrizdən birinə təyin edilib. Birinci qrupa istədikləri zaman istədiyi yeməyi yeməyə icazə verilb, ikinci və üçüncü qruplarda isə heyvanlar hər gün əsas kalorilərinin yalnız 60 faizi və ya 80 faizi ilə təmin olunub.

Son iki qrupda siçanlara həftədə bir və ya iki gün dalbadal yemək verilməsə də, digər günlərdə istədikləri qədər yeyə bilib. Canlılar həyatlarının qalan hissəsi üçün bədən çəkisi, bədən yağ faizləri, qan şəkəri səviyyələri və bədən istiliyi kimi sağlamlıq göstəricilərinə baxan müntəzəm qan testləri ilə izlənilib.

Sağlıklı

Tədqiqat qrupu, məhdudiyyətsiz pəhrizlə qidalanan siçanların orta hesabla 25 ay, aralıq oruc tutanların orta hesabla 28 ay, əsas kalorilərinin 80 faizini qəbul edənlərin isə orta hesabla 30 ay yaşadığını müəyyən edib. Kaloriləri çox olan qidalar qəbul edən siçanlar orta hesabla 34 ay yaşayıb.

Ən çox arıqlayan heyvanların aşağı enerjili, immun və reproduktiv sistemlərinin zəif olduğu, ömürlərinin daha qısa olduğu müəyyən edilib. Az qida qəbulu zamanı bədən çəkisini, bədən yağ faizini və immun hüceyrələrinin sağlamlığını təbii olaraq saxlayan siçanlar ən uzun müddət sağ qalıblar. Bununla belə, tədqiqatçılar ömür müddətinin hər qrupda geniş şəkildə dəyişdiyini tapıb.

Günel Mikayılova,

KONKRET.az

Chosen
68
2
konkret.az

10Sources