EN

İran onları da vuracaq: HƏDƏLƏDİ

“Tehran öz ərazilərindən İslam Respublikasına qarşı potensial hücumlar üçün istifadə edilməsinə razılaşan ölkələrə cavab verəcək”.

“Cebheinfo.az” xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf deyib.

"Biz dəfələrlə bildirmişik ki, qonşu ölkələrin hava məkanı və ərazisi ölkəmizə hücum etmək üçün istifadə edilməməlidir", - Qalibaf ölkəyə səfəri zamanı Livanın “Əl Mayadeen” telekanalına deyib.

Onun sözlərinə görə, İran əmindir ki, Qərbi Asiya regionundakı qonşuları keçmişdə öz ərazilərindən İrana qarşı istifadə etməmək barədə öhdəlik götürdükləri kimi, bu məsələni də nəzərə alırlar.

“Bizim regionun bütün ölkələri ilə dinc münasibətlərimiz var. 

Lakin üçüncü ölkənin ərazisindən İslam Respublikasına qarşı təcavüz etmək üçün istifadə edilərsə, bizim cavabımız aydın və təbii olacaq. Çünki biz İrana hücum edilən istənilən yerə qarşı cavab tədbirləri görəcəyik. Biz dəfələrlə bəyan etmişik ki, müharibənin genişlənməsini istəmirik, lakin şübhəsiz ki, ölkəmizə qarşı istənilən hücuma güclü və layiqli cavab verəcəyik”, - deyə İran parlamentinin spikeri bildirib.

O, oktyabrın 1-də İsrailə raket hücumuna da münasibət bildirib:

“Bu əməliyyatda cavabımız hərbi xarakter daşıyırdı, çünki biz yalnız İsrail rejiminin hərbi bazalarına, kəşfiyyat və təhlükəsizlik xidmətlərinə hücum etdik”.

“Biz düşməndən qorxmuruq və bu səfəri beynəlxalq qanunlara uyğun həyata keçirmişik”, - o əlavə edib.

Qalibaf həmçinin İranın Fələstin və Livan xalqlarına dəstəyini bir daha vurğulayıb.

Chosen
64
2
cebheinfo.az

10Sources