Türkiyədə zəlzələnin baş verdiyi Malatya vilayətində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.
FED.az xəbər verir ki, bunu şəhər valisi Seddar Yavuz bildirib.
O deyib ki, təbii fəlakətin nəticəsi olaraq mənfi məlumat hələ ki yoxdur.
***
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub.
FED.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Malatya vilayətində qeydə alınıb.
Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə "X" hesabındakı paylaşımında bildirib ki, aidiyyəti qurumlar AFAD-la birgə ərazi araşdırmalarına başlayıb. (Report)