Türkiyədə zəlzələnin baş verdiyi Malatya vilayətində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.
“İki sahil” xəbər verir ki, bunu şəhər valisi Seddar Yavuz bildirib.
O deyib ki, təbii fəlakətin nəticəsi olaraq mənfi məlumat hələ ki yoxdur.
Məlumata görə, Malatya ilə yanaşı, Elazığda da məktəblilər tətilə buraxılıb.
***
Türkiyənin Malatya bölgəsində 5.9 maqnitudalı zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirib ki, zəlzələ hiss edilib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.