RU

Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub, tədris dayandırılıb-YENİLƏNİB

Türkiyədə zəlzələnin baş verdiyi Malatya vilayətində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.

“İki sahil” xəbər verir ki, bunu şəhər valisi Seddar Yavuz bildirib.

O deyib ki, təbii fəlakətin nəticəsi olaraq mənfi məlumat hələ ki yoxdur.

Məlumata görə, Malatya ilə yanaşı, Elazığda da məktəblilər tətilə buraxılıb.

***

Türkiyənin Malatya bölgəsində 5.9 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirib ki, zəlzələ hiss edilib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.

Избранный
35
4
ikisahil.az

10Источники