EN

Dünyanın ən varlı adamı Tramp üçün kisənin ağzını açdı– seçicilərə gündə 1 milyon dollar verəcək…

Image

Tesla və SpaceX sosial media platformasının sahibi olan amerikalı milyarder İlon Mask, ABŞ-ın 2024-cü il prezident seçkilərində Donald Trampa dəstəyini davam etdirir. Mask, Tramp seçicilərini səs verməyə təşviq etmək üçün başladılan bir kampaniya ilə hər gün bir adama bir milyon dollar verəcəyini açıqladı.

CNBC-nin məlumatına görə, kampaniya, Mask tərəfindən internet üzərindən təşkil edilən və Tramp seçicilərini qeydiyyata düşüb səsverməyə dəvət edən bir lotereya sistemi ilə həyata keçirilir. Pensilvanyadan Con Drexer kampaniyada ilk qalib olub. Tramp üçün keçirilən üçüncü mitinqdə danışan Mask çeki şəxsən özü ona təqdim edib.

Maskın kampaniyası, qurucusu olduğu və maliyyələşdirdiyi “Amerika Pac” (Siyasi Fəaliyyət Komitəsi) tərəfindən dəstəklənir. Kampaniyanın iştirakçılarından ABŞ Konstitusiyasının ifadə azadlığı və silah daşımaqla bağlı maddələrinə dəstək verdiklərini bəyan etmələri və səs vermək üçün qeydiyyatdan keçmələri istənir.

Bu şərtləri qəbul edən insanlar hər gün keçiriləcək lotereyada 1 milyon dollar qazanmaq şansı əldə edir.

“Forbes” jurnalına görə, dünyanın ən varlı adamı İlon Mask, ifadə azadlığını və silah daşımaq hüquqlarını müdafiə edir. “Amerika PAC”, ərizəni imzalayan Pensilvanya seçicilərinə 100 dollar, Miçiqan və Viskonsin seçicilərinə 47 dollar paylayacağını açıqlamışdı.

Hüquq mütəxəssislərinin fikrincə, Maskın təklifləri ABŞ qanunlarına ziddir. Ölkədə seçkilərlə bağlı qeydiyyat aparmaq və ya səsvermə müqabilində pul vəd etmək qadağandır.

TAHİR





Chosen
68
12
baki-xeber.com

10Sources