Ukrayna prezidento Volodimir Zelenski BRİCS sammitində iştirak etdikdən sonra Ukraynaya səfər etməyi planlaşdıran BMT-nin baş katibi Antonio Quterreşi qəbul etməkdən imtina edib.
Qaynarinfo xəbər verir ki, AFP bu barədə ölkə rəhbərliyindəki mənbəyə istinadən yazıb.
Mənbəyə görə, Quterreş "Kazanda ağlın və beynəlxalq hüququn təhqiri" səbəbindən Ukraynaya səfər edə bilməyəcək.
Qeyd edək ki, bundan əvvək Ukrayna Xarici İşlər Nazirliyi BMT baş katibini Kazan sammitində iştirak etdiyi üçün tənqid edib. Antonio Quterres oktyabrın 23-də Kazana yollanıb və BRICS Plus/Autreach toplantısında iştirak edib, burada BMT Nizamnaməsinə uyğun olaraq Ukrayna üçün ədalətli sülhün yaradılmasının zəruriliyini vurğulayıb.
BMT Baş katibinin saytında yerləşdirilən ictimai cədvələ əsasən, Quterreş oktyabrın 27-də Nyu-Yorka qayıtmağı planlaşdırır. O, indi Kazandadır.
Aydın