EN

Vəkillər probasiya qeydiyyatında olan məhkumlara pulsuz hüquqi yardım göstərib

Ədliyyə Nazirliyinin Probasiya xidməti və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı mütəmadi olaraq ödənişsiz hüquqi yardımlar göstərilir.

Oktyabrın 29-da Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi tərəfindən Probasiya xidmətində növbəti belə hüquqi yardım aksiyası təşkil edilib.

Belə ki, "Mərkəz" Vəkil Bürosunun vəkilləri tərəfindən probasiya qeydiyyatında olan 40-a yaxın şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həmin şəxslərə müxtəlif növ hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilərək, ödənişsiz hüquqi yardım göstərilib.

Qeyd edək ki, Probasiya xidməti və Hüquqi Yardım Mərkəzi tərəfindən xidmətin yerli qurumlarının qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə bu yaxınlarda imzalanmış Tədbirlər Planına əsasən bu cür aksiyalar mütəmadi olaraq davam etdiriləcək.

 

1_d03032fc1adb9779df868291fc3be1bd.jpg

 

2_03186fadb95666623bacbe8c165b8aa6.jpg

 

3_178875b35ce4cb4ca47274f356a6f1e4.jpg

 

4_33d722f145c20714c4d262f6ab13eeb6.jpg

Chosen
88
5
iqtisadiyyat.az

6Sources