EN

Probasiya qeydiyyatında olan şəxslərə pulsuz hüquqi yardım göstərilib

Probasiya
Ədliyyə Nazirliyinin Probasiya xidməti və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı mütəmadi olaraq ödənişsiz hüquqi yardımlar göstərilir. Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi tərəfindən Probasiya xidmətində növbəti belə hüquqi yardım aksiyası təşkil edilib.
Vəkillər tərəfindən probasiya qeydiyyatında olan 40-a yaxın şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həmin şəxslərə müxtəlif növ hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilərək, ödənişsiz hüquqi yardım göstərilib.

Probasiya xidməti və Hüquqi Yardım Mərkəzi tərəfindən xidmətin yerli qurumlarının qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə bu yaxınlarda imzalanmış Tədbirlər Planına əsasən bu cür aksiyalar mütəmadi olaraq davam etdiriləcək.

Chosen
49
5
1news.az

6Sources