EN

Anasına hücum edən atasını ÖLDÜRDÜ

İstanbulun Ümraniye şəhərində 27 yaşlı qadın sərxoş halda evə gələn atasını öldürüb.

News24.az xəbər verir ki, iddiaya görə, evə sərxoş gələn Atalay A. (60) ilə həyat yoldaşı arasında mübahisə düşüb. 

Mübahisə davaya çevrildikdən sonra həyat yoldaşına hücum edən Atalay A. əlindəki bıçaqla həyat yoldaşına doğru addımlayıb. Bu sırada araya girərək yerə düşən bıçağı götürən qızları Ayşə A. atası Atalay A.-nı bıçaqlayıb. Qanlar içində yerə yıxılan Atalay A.-nı aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən şübhəli "Qəsdən adam öldürmə" cinayəti ilə tutularaq həbsxanaya göndərilib.

Məryəm İlhamqızı

Chosen
78
1
news24.az

10Sources