EN

"İran İsrailin hücumuna bu vaxt cavab verə bilər" - CNN

İran noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərini gözləmədən İsrailin ölkəyə hücumuna cavab verə bilər.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat dərc edib. 

"İranın hücuma cavabı çox güman ki, ABŞ-də prezident seçkiləri günündən əvvəl baş verəcək", - media yazıb. 

Nəşr həmçinin əlavə edib ki, İran belə bir addım atmağa qərar verərsə, ikiqat güclü cavab zərbəsi alacaq. 

Xatırladaq ki, oktyabrın 25-də İsrail Müdafiə Qüvvələri İrana kütləvi hücuma keçib. İDF hücum üçün ən son F-35 təyyarələri və çoxlu sayda pilotsuz təyyarələrdən istifadə edib. 

Gülayə Mecid

Chosen
137
48
unikal.az

10Sources